Muzdla işləyənlərin maaşı artıb - 494,3 manat

Muzdla işləyənlərin maaşı artıb - 494,3 manat
  24 Yanvar 2017    Oxunub:1541
2016-cı ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz artaraq 494,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 45395,1 milyon manata çatıb. Gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,4 faizi isə yığıma yönəldilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti