Aksiya baş tutmadı - FOTOLAR (YENİLƏNİB)

Aksiya baş tutmadı - FOTOLAR (YENİLƏNİB)
  28 Fevral 2015    Oxunub:4896
Bu gün paytaxt Bakıda manatın devalvasiyasına etiraz olaraq müxalifətin aksiya keçirəcəyi gözlənilsə də, baş tutmayıb.

Müxalifətçilərin günlərdir sosial şəbəkələrdə çağırışlar etməsinə baxmayaraq, Fəvvarələr meydanındakı “aksiya”ya çox az adam gəlib. Həm də elan olunan vaxtdan sonra. Onlar da polisin müdaxiləsindən sonra ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Facebook-da müxalifətçilər tərəfindən “Qiymət artımına son” adlı səhifə yaradılaraq aksiya çağırışları edilirdi. Aksiyada iştirak üçün 22 min nəfərə dəvət göndərilmişdi, min nəfər enentə qoşularaq aksiyaya gələcəyini təsdiqləmişdi. Lakin bugünkü mənzərə tam fərqli idi.

Fotolardan da göründüyü kimi Fəvvarələr Meydanına toplaşanlar jurnalistlər və istirahətə çıxan paytaxt sakinləridir.

* * * .

“Bu gün vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz etiraz aksiyası keçirməyə cəhd göstərib”.- bunu vritualaz.org saytına açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

“Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” - deyə Ehsan Zahidov bildirib.

Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti