Müsavatın yürüş-mitinqi təxirə düşdü?

Müsavatın yürüş-mitinqi təxirə düşdü?
  17 Aprel 2015    Oxunub:1606
“Müsavat Partiyası növbəti dəfə mitinq üçün gün təyin edəcək və bu məsələ həftənin birinci günü Divanda müzakirəyə çıxarılacaq”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib:

“Bakı şəhər İcra Hakimiyyətindən yürüş barədə müraciətimizə cavab verilmədi, yəni yürüş razılaşdırılmayıb. O halda mitinq razılaşdırılmamış olmalıdır və qarşıdurmaya gedilməlidir, biz isə bunu etmək istəmirik. Mitinq üçün yenidən vaxt təyin olacaq və Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəyik. Bu məsələlər həftənin birinci günü Divanda geniş şəkildə müzakirə ediləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu Divan iclasında yürüş keçirilməsi barədə qərar qəbul edilib. Bu məqsədlə Müsavat Partiyası 19 aprel 2015-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığından başlayaraq “Məhsul” stadionuna qədər hərəkət etməklə və Qətnamənin oxunması ilə yekunlaşacaq yürüş keçirmək üçün 10 aprel 2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti