Müsavatın Məclisində dava düşdü

Müsavatın Məclisində dava düşdü
  29 Avqust 2015    Oxunub:3851
Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsində qalmaqal yaranıb.
APA-nın məlumatına görə, bu dairədən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər.

Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb.

Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.


Teqlər:  





Xəbər lenti