Müsavatdan İsa Qəmbərin müşavirinə etiraz

Müsavatdan İsa Qəmbərin müşavirinə etiraz
  24 Aprel 2014    Oxunub:746
“Bizim hüququmuzdur ki, qurultayın keçirilməsi üçün Müsavatın adına layiq yer tələb edək. Təbii ki, Müsavat Partiyası 10 nəfərlə də bir zalda toplanıb qurultay keçirə bilər”.
Bunu AzVisiona.z-a açıqlamasında Müsavat partiyası Divanın üzvü Tural Abbaslı partiyanın başqa müşaviri Səxavət Əlisoyun qurultayın gecikməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qurultayın gecikməyinin Müsavatdan asılı olmaması artıq istər partiya daxilində, istərsə də siyasi arenada bütün qüvvələrə aydındır.

“Müsavat Partiyası əlindən gələn hər bir işi edib ki, qurultay keçirsin və bunun üçün normal yer ayrılsın, amma heç biri təmin olunmayıb. Müxtəlif yerlərə müraciət olunub, hətta özəl otellərə də müraciət olunub. Burada bizdən asılı olmayan səbəblər var, ona görə də qurultay yubanır”.

Müsavat rəsmisi vurğulayıb ki, Səxavət Əlisoyun təklif etdiyi kimi 300-400 nəfərlik zalda qurultay keçirmək olmaz: “Mən Səxavət bəyin fikri ilə razı deyiləm ki, 300-400 nəfərlik zalda qurultay keçirilsin. Bu fikri doğru hesab etmirəm ki, qurultayın yubadılması Müsavat partiyasının, yaxud da onun rəhbərliyinin günahıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti