Müsavat qurultay üçün pul axtarır
O, bildirib ki, Mədəniyyət evinin rəhbərliyilə həm qiymət, həm də qurultayın keçirilməsi üçün tələb olunan digər şərtlərlə bağlı danışıqlar aparılır: “Qurultayın yeri üçün ayrılan Səttar Bəhlulzadə adına Mədəniyyət evi fantastik rəqəmlər tələb edir – hər saat üçün 220 manat. Bakıda ən bahalı otel `Kempinski` hesab olunur, orada hər saatın qiyməti 270 manatdır. Mədəniyyət evi ilə bahalı otelin tələb etdiyi qiymətlər bir-birinə yaxındır. Bunlar hamısı müzakirə olunacaq, amma Müsavat ayın 27-də qurultay keçirməkdə israrlıdır”.
T.Abbaslı onu da qeyd edib ki, çıxış yollarından biri də pulun ianə ilə toplanmasıdır: “Bunların hamısı müzakirə olunacaq və lazım gələrsə, ianələr və üzvlük haqqı şəklində toplanması istiqamətində addımlar atılacaq. QHTK-nin növbəti iclası həftənin birinci günü olacaq”.
Fatimə Kərimli
Teqlər: