Müsavat qurultay üçün Əmircana gedəsi oldu

Müsavat qurultay üçün Əmircana gedəsi oldu
  22 Sentyabr 2014    Oxunub:1448
Müsavat Partiyasının qurultayının keçiriləcəyi yer məlum olub.
AzVision.az xəbər verir ki, partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən toplantısında bu məsələ müzakirə olunub və qurultayın Əmircan qəsəəbəsindəki Mədəniyyət evində keçirilməsi barədə qərar qəbul olunub. Partiya üzvü Tural Abbaslının verdiyi məlumata görə artıq sabahdan Mədəniyyət evinin rəhbərliyi ilə danışıqlar başalayacaq və müqavilə imzalanacaq.

Müsavat Partiyası sentyabrın 27-də qurultay keçirilməsi barədə qəbul etmişdi. Qurultay üçün yer ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətdə meriya onlara Əmircandakı Mədəniyyət evini və şəhərdəki şadlıq saraylarını seçməyi tövsiyə etmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti