Muradovun “Nar”ı 50 min dollara satıldı

Muradovun “Nar”ı 50 min dollara satıldı
  18 Avqust 2016    Oxunub:4043
Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı sənət əsəri Tokioda keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərtac-a rəssam özü məlumat verib. O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb.

Qeyd edək ki, hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo 2016” rəsm sərgisində nümayiş olunur.

Lüksemburq və Vaşinqtonda da tanınmış rəssamın əsərlərindən ibarət sərgilər açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti