Münhendəki atışma ilə bağlı XİN-dən Yeni Açıqlama

Münhendəki atışma ilə bağlı XİN-dən Yeni Açıqlama
  23 İyul 2016    Oxunub:1719
“Münhendə baş verən atışma zamanı ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır”.
Bunu AzVision.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsü qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyi hazırda araşdırmalarını davam etdirir.

H.Hacıyev bildirib ki, əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Almaniyanın Münhen şəhərində baş verən hadisə zamanı 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Hadisəni milliyətcə iranlı olan 18 yaşlı gəncin törətdiyi deyilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti