Münhendə anti-NATO aksiyası - VİDEO

Münhendə anti-NATO aksiyası - VİDEO
  14 Fevral 2016    Oxunub:1527
Almaniyanın hazırda beynəlxalq təhlükəsizlik konfransı keçirilən Münhen şəhərində NATO əleyhinə etiraz aksiyası baş tutub.

AzVision.az xəbər verir ki, aksiya iştirakçıları ehtiyatla və asta hərəkət edərək, şəhərin qonaqlarına mane olmamağa çalışıblar.

Etiraz marşında “Biz qan tökülməsinin əleyhinəyik”, “Müharibə yolu ilə sülh əldə edilməz” kimi şüarlar səsləndirilib.

Aktivistlər NATO-nu qoşulduğu konfliktlərdən çəkinməyə çağırıblar.

Etirazçılar lokal müharibələrə də qarşı olduqlarını bildiriblər və bunu belə əsaslandırıblar ki, lokal toqquşmalar nəticəsində yaranan miqrant axınları onların ölkələrində də problemlərin yaranmasına səbəb olur.

AzVision.az




Teqlər:  





Xəbər lenti