Müəllimlərin maaş əndişəsinə son qoyuldu

Müəllimlərin maaş əndişəsinə son qoyuldu
  02 Mart 2015    Oxunub:2700
Son günlər müəllimlərə məvaciblərin artımla deyil, köhnə qaydada hesablanacağı ilə bağlı informasiya yayılır.
Məlumatda məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımının qüvvədən düşdüyü deyilib.

Məsələni araşdırmaq məqsədilə sayt Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib: "Müəllimlərin maaş artımı məsələsi ilə bağlı sualınıza cavab olaraq bildirirəm ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.

Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanmış, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq Hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra, belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq.

Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək". (Ans)


Teqlər:





Xəbər lenti