Müəllimlər üçün növbəti təlimlərə başlanılıb

Müəllimlər üçün növbəti təlimlərə başlanılıb
  27 Sentyabr 2016    Oxunub:1556
Sentyabrın 27-də Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün növbəti təlimlərə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təlimlər Bakının 3, 276, 106, 7, 159, 220, 252, 156, 55, 56, 327 nömrəli tam orta məktəbləri olmaqla, ümumilikdə 11 mərkəzdə təşkil olunub. Budəfəki təlimlərə 354 müəllim cəlb edilib.

Qeyd edək ki, ilk belə təlim sentyabrın əvvəllərində təşkil olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs demək üçün əsasən təcrübəli, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

Qeyd edək ki, oktyabrın 3-dən mayın 31-dək həftədə 4 gün olmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti