Müəllimlər niyə vahid forma geyinmirlər?

Müəllimlər niyə vahid forma geyinmirlər?
  28 Avqust 2015    Oxunub:4014
Azərbaycanda orta məktəb müəllərinin vahid formaya keçməsi ilə bağlı uzun müddətdir müzakirələr aparılır.
Dəfələrlə bu məsələ gündəmdə olsa da müəllimlərin vahid formaya keçidi mümkün olmayıb.

Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tahiquliyeva AzVision.az-a açıqlamasında bildirib ki, hazırda paytaxtda yalnız 272 nömrəli məktəbdə vahid geyim forması tətbiq olunur.

İdarə sözçüsü onu da bildirib ki, vahid müəllim formasına keçmək məcburi xarakter daşımır.

Qeyd edək ki, bu təşəbbüs bir neçə il bundan öncə Bakı şəhər Təhsil İdarəsi tərəfindən irəli sürülüb və bir çox məktəblər tərəfindən müsbət qarşılanıb.

Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov isə bildirib ki, vahid müəllim forması ilə bağlı onlara sifariş verilməyib: “Müəllimlərdən heç də hamı eyni geyimi geyinmək istəmir. Ona görə də belə sifariş verən yoxdur. Müəllimlərə vahid forma geydirmək məcburi şəkildə mümkün deyil. Odur ki, bu barədə gündəlikdə heç bir məsələ yoxdur”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, hazırda müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı heç bir müzakirə aparılmır.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti