Müəllim və valideynlər şikayətləndilər

Müəllim və valideynlər şikayətləndilər
  04 Mart 2015    Oxunub:1603
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar Nizami və Nərimanov rayonlarında keçirilib.

BŞTİ-dən verilən məlumata görə, səyyar qəbul saat 10.00 – da başlanıb və vətəndaşların müraciətləri bitənədək davam edib. Nizami rayonu üzrə 16, Nərimanov rayonu üzrə isə altı müraciət dinlənilib.

Əsas müraciətlər akt zalı və əlavə korpusların tikilməsi, məktəblərin təmiri, birnövbəli sistemə keçilməsi və mühafizə sisteminin təşkili ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin nümayəndələri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinin əməkdaşlarına müvafiq tapşırıqlar verilib.



Teqlər:  





Xəbər lenti