Müdafiə nazirləri iyulda yenidən görüşəcəklər

Müdafiə nazirləri iyulda yenidən görüşəcəklər
  24 May 2016    Oxunub:1320
Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşü cari ilin iyul ayında Gürcüstanda baş tutacaq.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib. Onun sözlərinə görə, növbəti görüş zamanı tərəflər üçtərəfli əməkdaşlığa dair bir sıra vacib məsələləri müzakirə edəcək: “Hazırda növbəti görüşün bəzi detalları üzərində iş gedir. Hesab edirəm ki, bu cür görüşlər hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişaf etdirəcək”.

AzVision.az




Teqlər:  





Xəbər lenti