Müdafiə naziri İspaniyaya getdi

Müdafiə naziri İspaniyaya getdi
  24 May 2016    Oxunub:2373
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 24-də İspaniya Krallığına rəsmi səfəri başlayıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulub. Səfər mayın 26-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti