Müdafiə Nazirliyindən şəhid əsgərlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən  şəhid əsgərlə bağlı AÇIQLAMA
  01 Avqust 2014    Oxunub:1031
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 31-də saat 17:00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti