Müdafiə Nazirliyi Ermənistan KİV-lərini təkzib etdi

Müdafiə Nazirliyi Ermənistan KİV-lərini təkzib etdi
  23 İyul 2016    Oxunub:1878
Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Qeyd olunub ki, Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.

AzVision.az


Teqlər:  





Xəbər lenti