Mübariz Qurbanlı gürcü nazirlə görüşdü

Mübariz Qurbanlı gürcü nazirlə görüşdü
  22 Noyabr 2014    Oxunub:1277
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzeni qəbul edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi, dini və mədəni sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

G. Dumbadze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.


Teqlər:





Xəbər lenti