Mübariz Qurbanlı 2,5 milyonu hara xərcləyəcək?

Mübariz Qurbanlı 2,5 milyonu hara xərcləyəcək?
  28 Noyabr 2014    Oxunub:1449
Prezident İlham Əliyev sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
Vəsaitin hansı istiqamətlərə xərclənməsilə bağlı komitənin sədri Mübariz Qurbanlı ANS-ə açıqlama verib.

Komitə sədri Mübariz Qurbanlının sözlərinə görə, dini icmalara müəyyən maliyyə vəsaiti göstərməklə, milli-mənəvi dəyərlərimizin gücləndirilməsilə bağlı fəaliyyətə təkan veriləcək: “Və bu vəsait də həmin dini icmalara layihələr formasında veriləcək. Ölkəmizdə 600-ə qədər dini icma var. Və bu layihələr şəklində onlar həmin vəsaitdən istifadə edərək dini maarifləndirmə işinə öz töhfələrini vermiş olacaqlar”.


Teqlər:





Xəbər lenti