Mübariz Mənsimov Ərdoğana gəmi satdı

Mübariz Mənsimov Ərdoğana gəmi satdı
  22 İyul 2014    Oxunub:1153
Türkiyədə prezident seçkilərinə namizəd olan, ölkənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlunun da şərik olduğu "BMZ" şirkəti azərbaycanlı iş adamı Mübariz Mənsimovun yanacaq tankerini alıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın oğlu Bilal Ərdoğan həmin tanker üçün M.Mənsimova 35 milyon dollar pul ödəyib.

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun atasının adını daşıyan “Məcid Aslanov” adlı tanker artıq "BMZ" şirkətinə məxsusdur.

Qeyd edək ki, "BMZ" şirkətinin sahibləri Nəcməddin Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgəndir.

Sevinc


Teqlər:  





Xəbər lenti