Mosulda 232 dinc sakini edam edilib

Mosulda 232 dinc sakini edam edilib
  27 Oktyabr 2016    Oxunub:1176
İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.

“Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər”, deyə deputat bildirib.

Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti