Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib

Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib
  27 Sentyabr 2016    Oxunub:1249
“Ariana Afghan Airlines” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Əfqanıstana məxsus sərnişin təyyarəsi Kabildən Moskvaya uçarkən texniki nasazlıq baş verib. Təyyarə ekipajı Azərbaycan ərazisində təcili eniş etmək qərarına gəlib.

Məlum olub ki, təyyarənin enişinə səbəb yanacaq doldurmaq olub. Təxminən iki saat Heydər Əliyev Beynəlxalq Aeroportunda qalan təyyarə sonradan Moskva istiqamətində uçuşunu davam etdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti