Moskvada polisi öldürən azərbaycanlı tutuldu – VİDEO

Moskvada polisi öldürən azərbaycanlı tutuldu – VİDEO
  29 May 2015    Oxunub:3640
Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Moskva dairəvi avtomobil yolunda (MDAY) polis əməkdaşını öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını həbs edib.
AzVision.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb.

Polisi öldürməkdə şübhəli bilinən şəxs 1990-cı il təvəllüdlü Nemət İlham oğlu Rəşidovdur. İşi aparan müstəntiqlər yaxın vaxtlarda ona qarşı rəsmi ittiham irəli sürəcəklər.

Xatırladaq ki, mayın 27-i yerli vaxtla gecə 03:00 radələrində polis əməkdaşları cinayətkarın olduğu ehtimal olunan “Qazel” markalı avtomobili təqib ediblər.

MDAY-ın təxminən 24-cü kilometrliyində “avtomobil patrul maşınları tərəfindən saxlanılıb. Cinayətkar olduğu ehtimal olunan şəxs maşını tərk edərək meşə massivində gizlənib. Saxlanılan zaman o polis əməkdaşlarından birinə üç bıçaq zərbəsi vurub. Polis aldığı yaralardan hadisə yerində ölüb.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti