Moskvada erməni aktyoru döydülər

Moskvada erməni aktyoru döydülər
  02 Sentyabr 2015    Oxunub:3334
Rusiya paytaxtı Moskvada erməni əsilli aktyor Alber-Melik Paşayan döyülüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə aktyorun PR xidməti xəbər yayıb.

Onu uzun müddət izləyən, psixi xəstə olan pərəstişkarı aktyorun Moskvadakı evinə basqın edib və aktyoru döyüb. Ehtimal olunur ki, buna səbəb aktyorun ona avtoqraf verməkdən və foto çəkdirməkdən imtina etməsi olub.

Aktyora hücum edən şəxs saxlanılıb.

Alber Melik – Paşayev beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti