Moskvada Türkiyə səfirliyi daş-qalaq edildi - VİDEO

Moskvada Türkiyə səfirliyi daş-qalaq edildi - VİDEO
  25 Noyabr 2015    Oxunub:7120
Bir qrup şəxs Moskvada yerləşən Türkiyə səfirliyinə hücum edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, etirazçılar səfirliyin binasını daş-qalaq ediblər.

“Səfirlik ərazisində xeyli daş, şüşə qırıntılar var. Binanın pəncərələri sındırılıb, hər yerdə boya izləri var”, - deyə hadisə yerində olan jurnalist bildirib.

Hazırda səfirliyin binasının qarşısında bir neçə polis dəstəsi keşik çəkir. Onlar səfirliyə gedən yolları bağlamağa çalışırlar.

Məlumatda qeyd olunur ki, səfirliyin yaxınlığında qara papaq və gödəkçə geyinən bir qrup gənc dayanıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti