Moskva-İrəvan təyyarəsində yanğın oldu

Moskva-İrəvan təyyarəsində yanğın oldu
  26 Oktyabr 2016    Oxunub:1721
Moskvanın “Vnukova” hava limanında Ermənistanın paytaxtı İrəvana həyata keçirilməli olan reyslərdən biri təxirə salınıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna “Boeing-737” tipli laynerin mühərrikində baş verən yanğın səbəb olub.

Aeroportun texniki işçisi yanğını vaxtında görüb və təcili Birinci mühərrikə “stop” komandası verib.

Təyyarə ekipajı dərhal yanğını söndürməyə başlayıb və tezliklə yanğının qarşısı alınıb. Ekipaj və sərnişinlərdən heç kim xəsarət almayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti