Miqrasiya Mərkəzi üçün yeni bina tikilir - FOTO

Miqrasiya Mərkəzi üçün yeni bina tikilir - FOTO
  28 İyul 2014    Oxunub:968
Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Miqrasiya Xidməti üçün yeni inzibati bina inşa olunur.
AzVision.az xəbər verir ki, tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) inşaatçıları tərəfindən aparılır.
MMC-dən verilən məlumata görə, bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir.

Binanın hörgü və suvaq işləri başa çatdırılıb, pəncərələr və daxili qapılar salınıb, dam örtüyü vurulub. Hazırda binanın fasadı üzlük daşla üzlənir. Bina hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, arxiv, yeməkxana, mətbəx və idman zalı, bütün mərtəbələrdə iş otaqları olmaqla, üçüncü mərtəbədə tədris otağı, kitabxana və müşavirə zalı, beşinci mərtəbədə isə iclas zalı yerləşəcək.

Tikintidə əsasən yerli tikinti materiallarından istifadə olunur.
Ümumiyyətlə, Naxçıvan MR–da tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 121 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. Hazırda 234 müxtəlif təyinatlı obyektin tikintisi, yenidənqurulması və ya əsaslı təmiri davam etdirilir.


Teqlər:  





Xəbər lenti