Miqrantlarla dolu gəmi batdı, 84 nəfər itkin düşüb

Miqrantlarla dolu gəmi batdı, 84 nəfər itkin düşüb
  01 May 2016    Oxunub:1734
Qaçqınları daşıyan gəminin Liviya sahillərində qəzaya uğraması nəticəsində ən azı 84 mühacir itkin düşüb. Bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Flavio Di Cakomo bildirib.
Aprelin 30-da baş verən hadisə nəticəsində 26 sərnişin xilas edilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən aprelin sonuna qədər dəniz yolu ilə Avropaya gələn qaçqın və mühacirlərin sayı 180 min nəfəri keçib.

Avropa sahillərinə çatmağa cəhd edən 1232 nəfər isə dənizdə ya həlak olub, ya da ki, itkin düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti