Mingəçevirdə futbolçu oyun zamanı vəfat etdi - Video

Mingəçevirdə futbolçu oyun zamanı vəfat etdi - Video
  09 Dekabr 2016    Oxunub:2791
Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.
AzVision.az ARB TV-ə istinadən xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.

Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yıxılıb.

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Ş.Əliyev dünyasını dəyişib. Nəticədə oyun təxirə salınıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti