Milyarder Trampın yanında nazir olmaqdan imtina etdi - (VİDEOXƏBƏR)

Milyarder Trampın yanında nazir olmaqdan imtina etdi - (VİDEOXƏBƏR)
  04 Fevral 2017    Oxunub:5246
Milyarder Vinsent Viola ABŞ ordusu naziri postundan imtina edib.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, Viola ailə biznesini atmaq istəmədiyi üçün bu vəzifədən imtina edib.

“Müdafiə naziri Ceyms Mettis təəsüflənir, lakin Violanın seçimini anlayır və ona hörmət edir”, - deyə Pentaqonun yaydığı məlumatda bildirir.

Eyni zamanda vurğulanır ki, yaxın vaxtlarda Mettis bu vəzifəyə başqa bir şəxsin namizədliyini irəli sürəcək.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti