Millimizin Avropa çempionatında ilk qələbəsi

Millimizin Avropa çempionatında ilk qələbəsi
  04 Oktyabr 2015    Oxunub:2426
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandası Almaniyanın Varendorf şəhərində keçirilən Avropa çempionatında iştirakını davam etdirir.
AzVision.az xəbər verir ki, oktyabrın 3-də Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz ikinci oyununu keçirib.

Latviya millisi ilə qarşılaşan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi ilk oyunda Rusiya voleybolçularına 2:3 hesabı ilə məğlub olmuşdu.

Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.


Teqlər:  





Xəbər lenti