Millimiz Fransaya uduzdu

Millimiz Fransaya uduzdu
  27 Mart 2015    Oxunub:1668
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı 7-ci qrupun oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, futbolçularımız ilk oyunda Fransanın Sen Lo şəhərindəki Lui Vilmer stadionunda fransalı həmyaşıdları ilə qarşılaşıb.

Oyunun birinci hissəsində qol qeydə alınmayıb. 61-ci dəqiqədə meydan sahibləri hesabı açıblar – Kinqsli Koman fərqlənib. Oyunun son dəqiqələrində Koman dubla imza atıb - 2:0.

Bu qrupun digər oyununda isə İngiltərə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.


Teqlər:





Xəbər lenti