Millimiz FIFA reytinqində yerini dəyişmədi

Millimiz FIFA reytinqində yerini dəyişmədi
  12 Yanvar 2017    Oxunub:1580
FIFA milli komandaların 2017-ci ildə ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan millisinin mövqeyində heç bir dəyişiklik olmayıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 386 xalla 90-cı pillədədir. Millimiz ötən ay açıqlanan reytinq siyahısında da eyni mövqedə olub.

Azərbaycan millisinin 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla üçüncüdür. Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San-Marino 17 xalla 202-ci pillədədir. Aktivində 418 xal olan Norveç bir pillə irəliləyərək 84-cü yerdə qərarlaşıb.

Siyahının ilk 34 pilləsində dəyişiklik baş verməyib. Türkiyə millisi 851 xalla 24-cü pillədəki yerini qoruyub. Argentina 1634 xalla birinci, Braziliya isə 1544 xalla ikincidir.

AzVision.az


Teqlər:





Xəbər lenti