Milli Şuranın məktubu yetişmədi

Milli Şuranın məktubu yetişmədi
  03 Oktyabr 2014    Oxunub:2008
“Milli Şuranın mitinq keçirməsi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinə müraciət məktubu daxil olmayıb”.
AzVision.az xəbər verir ki, bunu aznews.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə açıqlamasında bildirib ki, məlum mitinqlə bağlı bu gün günün ikinci yarısında Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət olunub: “Milli Şuranın mitinqlə bağlı müraciəti bu gün günün ikinci yarısında Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib”.

Qeyd edək ki, Milli Şura oktyabrın 12-də etiraz mitinqi keçirəçəyini bildirib. Qurum mitinq üçün “Məhsul” stadionunun verilməsini xahiş edir.


Teqlər:  





Xəbər lenti