Milli Parkdakı yanğının səbəbi bilinmir

Milli Parkdakı yanğının səbəbi bilinmir
  30 İyul 2014    Oxunub:937
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən AzVision.az-a bildirilib ki, 29 iyul 2014-cü il tarixində Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 23 saylı dolayında yanğın hadisəsi baş verib.

Naməlum səbəblərdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində söndürülüb. Yanğın nəticəsində Qoruğun 1 hektar ərazisinə ziyan dəyib.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti