Milli Park yenə yanır

Milli Park yenə yanır
  29 Avqust 2014    Oxunub:1783
Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən texnikanın əraziyə cəlb edilməsində problemlər yaranıb.

Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasında əsasən əl əməyindən istifadə olunub. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının səyi nəticəsində bütün alternativ vasitələrdən istifadə olunaraq yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 8 hektara yaxın ərazini əhatə edib və nəticədə 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti