Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı
  29 Aprel 2016    Oxunub:2297
Milli Məclisin növbəti plenar iclası başlayıb.
AzVision.az -ın məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək.

Daha sonra "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlara təklif olunan dəyişikliklər müzakirə ediləcək.

Bütövlükdə iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti