Milli Məclisdə şəhidin ailəsinə baş sağlığı verildi

Milli Məclisdə şəhidin ailəsinə baş sağlığı verildi
  20 Noyabr 2014    Oxunub:1698
Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova bu gün cəbhə bölgəsində şəhid olan əsgərin ailəsinə başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, iclasda çıxış edən millət vəkili Azərbaycan əsgərinin şəhid olması xəbərini həmkarlarının diqqətinə çatdırıb və şəhidin ailəsinə, yaxınlarına başsağlığı verib. Daha sonra isə E.Axunodova qeyd edib ki, Allah düşmənə ən ağır cəzanı versin.

Qeyd edək ki, Noyabrın 20-də saat 12:45-də erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olmuş əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti