Milli Məclisdə bir dəqiqəlik yanğın sükutu

Milli Məclisdə bir dəqiqəlik yanğın sükutu
  29 May 2015    Oxunub:1685
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilir.
AzVision.az xəbər verir ki, yaz sessiyasının sonuncu iclasını açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu gün son iclas keçirilir.

O.Əsədov daha sonra Bakının Binəqədi rayonunda baş verən yanğın faciəsindən danışıb. Spiker çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yanğın baş verən binada bütün işlər qaydasında davam edir.

“Təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Ailələrə, yaralılara yardımlar edilərək, onlara müavinət verilir. Yanan evin bərpası ilə məşğul olunur. Əminəm ki, dövlət başçsının verdiyi tapşırığın yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qalxacaq və belə məsələlər bir daha baş verməyəcək”.

Spiker deputatlara təklif edib ki, yanğın zamanı həlak olan insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin.

Təklifdən sonra yanğın zamanı dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti