Milli Məclisdə Sarkisyan Hitlerlə müqayisə edildi

Milli Məclisdə Sarkisyan Hitlerlə müqayisə edildi
  29 Aprel 2016    Oxunub:2010
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputatlar son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildiriblər.
AzVision.az-ın məlumatına görə, deputat Fərəc Quliyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxlayır:

“Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram”.

Millət vəkili Fəzail Ağamalı da təmas xəttindəki gərginlikdən söz açıb. Bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir, amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə yenə də atəş açır.

“Bu addım həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

YAP-çı deputat Aydın Mirzəzadə isə Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı sülh şərtlərini xatırladıb: “Bu, onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, Ermənistan ciddi böhran içərisindədir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti