Milli Məclis tətilə çıxdı

Milli Məclis tətilə çıxdı
  29 May 2015    Oxunub:1412
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası yekunlaşıb.
AzVision.az xəbər verir ki, bununla da deputatlar tətilə çıxıb. Çıxış edən spiker Oqtay Əsədov deyib ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub.

"Bu müddət ərzində 70-ə qədər nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub. Hesab edirəm ki, yaz sessiyası uğurlu keçib".

İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunub.

Qeyd edək ki, bu il üçün növbədənkənar sessiya çağırılmayacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti