Milli Məclis jurnalistlərə vaxt verdi

Milli Məclis jurnalistlərə vaxt verdi
  15 Sentyabr 2014    Oxunub:2722
Milli Məclisin payız sessiyasının iclaslarını işıqlandıracaq jurnalistlərin akkreditasiyası üçün ayrılan vaxt uzadılıb.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova deyib. Onun sözlərinə görə, jurnalistlərin akkrediyasi bu həftənin sonuna qədər davam edəcək və hələ də Milli Məclisə mətbuat orqanlarından məktublar gəlməkdə davam edir.

Q.Mansurova qeyd edib ki, həmin vaxt başa çatdıqdan sonra həmin müraciətlərə baxılacaq.

Qeyd edək ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirmişdi ki, Milli Məclisin payız sessiyasını izləyəcək jurnalistlərin akkreditasiyası sentyabrın 15-də başa çatacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti