Milli Qəhrəman Murad Mirzəyev haqqında film çəkiləcək

Milli Qəhrəman Murad Mirzəyev haqqında film çəkiləcək
  21 Oktyabr 2016    Oxunub:5058
Azərbaycanın Milli Qəhrəmanı, aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Murad Mirzəyev haqqında sənədli film çəkiləcək.
Bu barədə AzVision.az–a Milli Qəhrəmanın Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

O, bildirib ki, sənədli film jurnalist Bəxtiyar Qaraca tərəfindən lentə alınacaq. Film 31 Mart Azərbaycanlıların soyqırımı və Milli Qəhrəmanın doğum günü ərəfəsində təqdim olunacaq.

“Filmdə Milli Qəhrəmanın həyat və döyüş yolu ilə bağlı geniş məlumat veriləcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti