Millət vəkilinin anası dəfn olundu

Millət vəkilinin anası dəfn olundu
  21 Dekabr 2014    Oxunub:2367
Şairə Nurəngiz Gün dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub.

APA-nın məlumatına görə, mərhumun evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, mərhumun qızı, millət vəkili Jalə Əliyeva və başqaları N. Günün ömür yolu, ədəbi və bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.

Daha sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

N. Günün üç mərasimi dekabrın 22-də “Təzəpir” məscidində keçiriləcək.

Qeyd edək ki, şairə Nurəngiz Gün dekabrın 20-də dünyasını dəyişib. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub.



Teqlər:  





Xəbər lenti