Millət vəkilinə ağır itki

Millət vəkilinə ağır itki
  20 Dekabr 2014    Oxunub:2274
Millət vəkili Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün bu gecə dünyasını dəyişib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin rəsmisi Rauf Aslanov məlumat verib. Onun sözlərinə görə, N.Gün sabah dəfn olunacaq: “Şairə yaşadığı evdən götürüləcək”.

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

Allah rəhmət eləsin!

(AzNews.az)


Teqlər:





Xəbər lenti