Millət vəkili həyat yoldaşını itirdi

Millət vəkili həyat yoldaşını itirdi
  05 İyul 2015    Oxunub:4164
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramova ağır itki üz verib.
AzVision.az modern.az saytına istinadən xəbər verir ki, deputatın həyat yoldaşı Tirsa Abramova uzun sürən ağır xəstəlikdən sonra 63 yaşında vəfat edib. Mərhumun İsraildəki klinikalardan birində müalicə aldığı bildirilir.

Məlumatı “AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından tədqiləyiblər.

Tirsa Abramova Azərbaycanda anadan olub, o, son vaxtlar İsraildəki Tirat-Karmel şəhərində yaşayırdı. Yevda və Tirsa Abramovların nikahından 4 övladları var.

Allah rəhmət eləsin.


Teqlər:





Xəbər lenti