Millət vəkili baba oldu

Millət vəkili baba oldu
  03 Mart 2015    Oxunub:3850
Milli Məclisin deputatı Etibar Hüseynov baba olub.
AzVision.az-ın məlumatına görə, deputatın oğlu Şöhrətin qız övladı dünyaya gəlib.

Məlumat üçün bildirək ki, E.Hüseynovun oğlu Şöhrət ötən ilin may ayında ailə qurmuşdu.

Qeyd edək ki, Etibar Hüseynov Milli Məclisin ən gənc babası olub.

- `Xoşbəxtəm` demək yetmir, dostlar. Türklər demiş, çox mutluyam. Bu bayram günündə dünyaya gələn Əsma sevincimisə sevinc qatdı. Məni Milli Məclisin ən gənc babası etdi. Vətənimizə, millətimizə xeyirli övlad olsun, inşallah,- deyə Etibar Hüseynov AzVision.az-a bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti