21 YANVAR 2017 9+12 Bakı 1+6 Xankəndi 6+11 Xaçmaz 6+11 Bərdə 5+0 Lənkəran 7+12 Naxçıvan 7+12 Gəncə 9+12 Sumqayıt 1+6 Kəlbəcər 1+6 Laçın 1+6 Qubadlı 1+6 Şuşa 7+12 Ağdam Zəngilan 7+12 Cəbrayıl 7+12 Füzuli 6+11 Şəki

Millət vəkili: “Rövşən Lənkəranski Bakıya gələndə mənimlə görüşür”

Tarix 12.03.15, 16:28

Font ölçüsü : - / +


“Rövşənin oğlu var, istəmir övladı onun yolu ilə getsin”

“Bəzi adamlar elə düşünürlər ki, Rövşən Lənkəranski qəddardır, başkəsəndirlər. Amma o elə insan deyil. Rövşən haqsızlığa yol verməyən bir insandır. Onun haqqında söylədiyim fikirlərin hamısını çox ciddi demişəm. Mən özüm millət vəkiliyəm. Fikirlərimdə hər hansı bir epitet, şişirtmə yoxdur. İstəyirəm ki, hər kəs Rövşən Lənkəranskinin kifayət qədər hörmətə, rəğbətə layiq olduğunu bir daha görsün. Hər bir Azərbaycan övladı ona hörmət etməlidir. Çünki Rövşən Azərbaycanı çox istəyir”.


Bunu AzVision.az-a açıqlamasında “oğru aləmi”də “Rövşən Lənkəranski” kimi tanınan avtoritet Rövşən Canıyevin qohumu və Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili Rövşən Lənkəranski ilə dəfələrlə görüşdüyünü qeyd edib:

“Rövşənlə dəfələrlə görüşlərimiz olub. Onunla həm Moskvada, həm də Bakıda görüşmüşəm. Rövşən kifayət qədər intellektə, mədəniyyətə və güclü iradəyə malik bir insandır. O, Azərbaycanı çox sevir və Azərbaycanın istiqlalına, dövlətçiliyinə bağlı bir insandır. Təbii ki, onun öz aləmi, öz dünyası var.

Rövşən çox səmimi, dostlar və yaxınlara varlığı ilə bağlı bir insandır. Onu yaxından tanıyan və onunla ünsiyyətdə olan hər kəs birmənalı olaraq ona rəğbət bəsləyir”.

Millət vəkili Rövşəni Lənkəranskini 17 yaşından tanıdığını deyib. Deputat həmçinin onunla qohumluq əlaqəsindən söz açıb.

“Qardaşım qızı Rövşənin qardaşının həyat yoldaşıdır. Yəni o, mənim qardaşım qızının qaynıdır. Rəhmətlik qardaşım da, mən də Rövşən atasının intiqamını məhkəmədə alan zaman onun yanında olduq. Onu müdafiə etdik. Rövşən bu hərəkətlərə görə zərrə qədər həyəcan keçirmirdi”.

Deputat Rövşən Lənkəranskinin atasının qatilini məhkəmədə öldürməsindən danışıb.

“Azərbaycan xalqı Rövşənin bu hərəkətinə dəstək verdi. Məhkəmədə atasının intiqamını alan 17 yaşlı bir gənc hər kəs tərəfindən rəğbətlə qarşılandı. Hamı deyirdi ki, oğlu Rövşən kimi olmalıdır. Çünki o, atasının intiqamını almışdı. Hamı onun düzgün bir hərəkət etdiyini söyləyirdi. Ola bilsin ki, bu hərəkət hüquqi dövlətdə başqa bir fikir ifadə edə bilər. Atasının ölümünə görə sarsıntılar keçirən bir uşağın belə bir fürsəti əldən verməmək şansını sadəcə düşünmək lazım idi. Rövşən hədsiz dərəcədə ədalətli adamdır, hər zaman haqqın yanındadır. O, heç vaxt haqqı nahaqqa qurban vermir”.

Daha sonra F.Ağamalı Lənkəranskinin Bakıya gələndə onunla görüşdüyünü bildirib. Qeyd edib ki, Rövşənlə ara-sıra görüşür.

“Rövşənlə bizim xatirələrimiz çox olub. Düşünürəm ki, onları mətbuatla bölüşmək düzgün çıxmaz. Rövşənin xətrini çox istəyirəm. O, çox səmimi və mehriban bir insandır. İnşallah o, heç vaxt Azərbaycandan getməyəcək. Rövşən Azərbaycana bir-iki günlük gəlib-gedir. Azərbaycana gələndə onunla görüşürəm”.

Milli Məclsin depuatatı həmçinin qeyd edib ki, Rövşən Lənkəranski oğul atasıdır. Deputatın sözlərinə görə, Rövşən oğlunun onun yolu ilə getməsini istəmir:

“Rövşən bu gün özü də atadır. O, öz oğlunu da, ailəsini də çox istəyir. Rövşən ailəsinə çox bağlıdır. Onun atasının intiqamını məhkəmə zalında alması hər şeyə bir sübutdur. Demək ki, Rövşən rəhmətlik atasına və anasına bağlı olduğu kimi bu gün ailəsinə, bacı-qardaşına, eyni zamanda qohumları və ətrafındakılara, dostlarına da son dərəcədə səmimi münasibət bəsləyir və onlara başucalığı gətirən bir Azərbaycan övladıdır. Rövşən Lənkəranski heç vaxt haqsız, ədalətsiz bir addım atmayıb. Bu, onun ən üstün cəhətidir.

Rövşən özü də oğul atasıdır. Heç vaxt arzulamıram ki, Rövşənin oğlu onun yolu ilə getsin. Arzu edirəm ki, Rövşənin oğlu atasının arzuları ilə böyüsün. Rövşən özü də istəməz ki, oğlu onun yolu ilə getsin. O, övladı haqda daha fərqli fikirdədir. O, övladının təhsil almasını istəyir”.

Daha sonra millət vəkili Canıyevin qoşulduğu “oğru” aləmindən də danışıb və qeyd edib ki, Rövşən həmin aləmin üzvü olmasını heç vaxt istəməyib:

“Rövşəngilin öz aləmi var. Mən istəməzdim ki, o bu aləmə düşsün. Ancaq həyat bu insanı o aləmə düşməyə məcbur elədi, atasının intiqamını almaq istəyi onu bura çəkdi. O aləmin çox özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Onların bir yaşam tərzləri var. Rövşən heç vaxt haqqı nahaqqa qurban vermir. Onların söykənmiş olduqları ən əsas prinsip ədalətə qulluq, haqq işidir. Bu baxımından Rövşən kimi insanlar çox hörmətə layiqdirlər. Lakin onların da həyatı kifayət qədər çətin və mürəkkəbdir. Onlar üçün hər dəqiqə təhlükə var”.

Sonda millət vəkili F.Ağamalı “Rövşən Lənkəranski” ilə bağlı arzularını açıqlayıb:

“Rövşən həmişə vətənlə bərabərdir. Ümidvaram ki, o, hər zaman da Azərbaycanın yanında olacaq. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara həmişə dəstək olur, onların haqq işini müdafiə edir. Rövşənə Allahdan cansağlığı arzulayıram. Rövşən o qədər təvəzökar bir insandır ki, o heç vaxt adının mətbuatda bu və ya digər şəkildə hallandırılmasını istəmir”-deyə, millət vəkili qeyd edib.

Hafiz Əhmədov


Xəbərin oxunma sayı : 18913


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 1465

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Sovet Bakısının `oğru həyatı` - erməni müstəntiqlər, yerli avtoritetlər... 24 yaşlı oğlanı qız üstündə yandırıblar? - Dəhşətli cinayət Erməni tankı belə vuruldu – Video Düşmənin hərbi bazası dağıdıldı – Madagiz əməliyyatı (VİDEO) Ələ keçirilən erməni postundan görüntülər - VİDEO Ermənistanın gizlədilən itkiləri - 26 əsgər itkin düşüb Erməni general özünü güllələdi Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol Bakıda dollar panikası – “Exchange”lər qan ağlayır (Reportaj) Bondun yeni filminin “soundtrack”i – VİDEO Həsən bəy Zərdabi şairdir, yoxsa bəstəkar - VİDEOSORĞU `Sarkisyanla gözəl gecə keçirdik` - Bakıya gələn məşhur aktrisa (FOTO) Yunanıstan defoltun astanasında İlk Avropa Oyunlarının Bağlanışı - VİDEO, FOTOLAR Avropa Oyunlarında ikinci olduq - 56 medal Ötən günün ən yaxşıları - FOTOSESSİYA Almaniya kimləri silahlandırır? - Die Welt `Bakı 2015`in azarkeşləri - FOTOSESSİYA Xəbərdarlıq: Kompüterinizi 5 dəqiqəlik söndürün Almaniya bu gün: hegemon, yoxsa vassal? Millət vəkili: “Rövşən Lənkəranski Bakıya gələndə mənimlə görüşür” Bakıda məscidin yanında partlayış - 2 yaralı “Lamiyə oğluma şər atır, uşaq Elnurdan deyil…” - Şok faktlar İlham Əliyevin mükafatları - SİYAHI `Daha heç nəyi gizlədə bilməyəcəksiniz!` - Prezident məmurları tənqid etdi `Azersun`-un yeni loqosunun mənası nədir? – ŞƏKİL Azərbaycan Universitetinin yeni rektoru kimdir? - FOTO + ARAYIŞ `Media Party`nin model simaları – FOTOSESSİYA Kəlbəcər girovlarından Azərbaycana məktub Fərhad Əliyev Londondan qardaşının dəfninə gəldi - ÖZƏL

XƏBƏR LENTİ