Mikayıl Cabbarovun səhhətində problem olub

Mikayıl Cabbarovun səhhətində problem olub
  20 Noyabr 2014    Oxunub:5926
Təhsil naziri Mikayıl Cabbarov artıq üçüncü gündür parlamentdə davam edən büdcə müzakirələrinə qatılmamasını səhhətindəki problemlə əlaqələndirib.

AzVision.az xəbər verir ki, M.Cabbarov bunu parlamentdə büdcə müzakirələrinin sonuncu günündə etdiyi çıxışı zamanı deyib.

Səhhətində hansı problemin yarandığını qeyd etməsə də, nazir iki gün büdcə müzakirələrinə qatılmamasını məhz dediyi səbəblə əlaqələndirib:

“Odur ki, iki gün büdcə müzakirələrində iştirak edə bilmədiyimə görə millət vəkillərinə və hökumət üzvlərinə üzrxahlıq edirəm”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti